Tanınmış heybətli avtoritet azadlıqda – “Şrek” kimə işgəncə verib?
14 mart 2024 15:04 (UTC +04:00)

Tanınmış heybətli avtoritet azadlıqda – “Şrek” kimə işgəncə verib?

Kriminal aləmdə “Şkaf” ləqəbi ilə tanınan cinayətkar Yuri Krisin həbsdən azad edilib. Onu Lukyanovski istintaq təcridxanasından azad ediblər.

Lent.az xarici KİV əvvəllər dəfələrlə məhkum olunmuş avtoritet 2023-cü ilin sonunda Kiyevdə saxlanılıb. 50 yaşlı cinayətkarları bəziləri “qondarma kriminal boss” statusu ilə də təqdim edirlər. Lakin Yuri Krisin kriminal alımdə tanınır və onun "Kabinet", "Şrek",  "Siçovul" kimi başqa ləqəbləri də var.

O Kiyevdə Avromaydan iğtişaşları zamanı həbs edildi. Bu proseslər çərçivəsində Kiyevin Darnitski rayon məhkəməsində 2014-cü ildə etiraz aksiyaları zamanı bir nəfərin oğurlanması və işgəncə edilməsini ilə bağlı cinayət işi araşdırılırdı. Həmin insanın mitinqlərin təşkilində xüsusi rolunun olduğu qeyd edilir. O zaman “Şkaf” bu cinayətdə təqsirli bilinərək 7 il müddətinə azadlıqdan məhrum edildi.

Qeyd edək ki, bu vaxta qədər Krisinə qarşı “Vesti”nin jurnalisti Vyaçeslav Vereminin ölümündə əli olması ilə bağlı daha bir hökm çıxarılmışdı. Cəzalar birləşdirilməklə müəyyən edilmiş son ümumi cəza 8 il idi.

Daha sonra Krişinin vəkilləri məhkəmənin hökmündən şikayət verdi və keçən yay Ali Məhkəmədən qərar çıxdı ki, onun işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilsin.

Beləliklə, “Şkaf” cəzasının azaldılması sayəsində həbsdən çıxdı.

# 5214
avatar

Cavidan HUN

Oxşar yazılar