Yeni il gecəsi qonşusunu öldürənə HÖKM OXUNDU
28 noyabr 2025 15:37 (UTC +04:00)

Yeni il gecəsi qonşusunu öldürənə HÖKM OXUNDU

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə Bakıda qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Elşən Rzayevin cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Lent.az xəbər verir ki, məhkəmə  hadisə yerinin nəzarət müşahidə kameralarının nümayişi ilə davam edib.  Dövlət ittihamçısı çıxışında məhkəmədən  Elşən Rzayevin 14 il müddətinə  azadlıqdan məhrum edilməsini istəyib. Daha sonra zərərçəkənin hüquqi varisi Rəfaqət Quliyeva E. Rzayevə ən ağır cəzanın verilməsini məhkəmədən istəyib.

Müşavirədən sonra məhkəmə Elşən Rzayevin 13 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm elan edib.

Xatırladaq ki, hadisə 2025-ci ilin dekabrında Bakının Yasamal rayonunun ərazisində qeydə alınıb. Paytaxt sakini Bəyiş Quliyevin kəsilmiş-deşilmiş xəsarətlərdən xəstəxanada ölməsi ilə bağlı cinayət işi açılıb.Hadisəni törətməkdə şübhəli bilinən mərhumun qonşusu Elşən Rzayev saxlanilaraq istintaqa cəlb olunub. Onun barəsində CM-nin 120.2(qəsdən adamöldürmə) maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 238

Oxşar yazılar