Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin
02 dekabr 2020 19:54 (UTC +04:00)

Kəklikotunun faydaları - Bu adamlar istifadə etməsin

Kəklikotu xalq təbabətində qədim zamanlardan bəri istifadə edilən bir bitki növüdür. Yağlı və ağır yeməklərin dadına dad qatan, həzmi asanlaşdıran kəklikotu şəfalı bitki olaraq xalq arasında geniş yayılıb.

Lent.az xarici mətbuata istinadən məlumat verir ki, kəklikotu ağciyər, bronxlar, mədə və bağırsaq narahatlıqlarının aradan qaldırılmasına yardım edir. Öskürək və üst tənəffüs yolları iltihabında çay və qarqara formasında istifadə olunur. Şişi aradan qaldırmağa kömək edir. Qan dövranını nizamlayır, qanda şəkəri salır, bağırsaq parazitlərinə qarşı təsirli rol oynayır.

Antiseptik təsirə malik kəklikotu dəri problemlərində də sıx istifadə edilir.

Saysız-hesabsız faydası olan kəklikotundan necə gəldi istifadə edilməsi isə zərərli ola bilir. Tiroid narahatlığı olanlara və hamilə qadınlara mənfi təsir göstərir.

Kəklikotu yağının qaraciyərə zərəri var, ona görə diqqətli istifadə olunması məsləhətdir.

 

# 9571
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar