Məşhur tar ifaçısı: “Qadınların arasında liderəm” -
Məşhur tar ifaçısı Humay Qədimova sənəti ilə bağlı maraqlı açıqlama verib. Lent.az-ın məlumatına görə, xanım musiqiçi özünü ifaçı kimi sınayaraq, bu işin də öhdəsindən məharətlə gəldiyini deyib. Humay Qədimova deyib ki, o, Azərbaycanın korifey sənətkarlarının repertuarlarında olan və unudulan mahnıları repertuarına salacaq: “Mənim bütün həyatım musiqidən ibarətdir. Tar vurğun olduğum sənət və yiyələndiyim peşədir. İllərdir, bu sənətdə sözün həqiqi mənasında külünc çalıram. Sözsüz, tardan o tərəfi mənim üçün yoxdur. Amma düşündüm ki, səsim var və niyə də çox sevilən sənətkarlarımızın ifasında dinlədiyimiz mahnıları oxumayım, yada salmayım? Elmira Rəhimovanın repertuarına müraciət etdim və “İntizarındayam” mahnısı çox bəyənildi. Amma bir daha bildirmək istəyirəm ki, müğənniliyə bir peşə kimi yox, hobbi kimi baxıram. Hər bir halda hər işi peşəkarcasına görməyə üstünlük verirəm və daima öz üzərimdə çalışıram”.
Humay Qədimova özünü tar çalan xanımlar arasında lider hesab edir: “Tar böyük bir sərvət, sənət, həyatdır. Bəziləri bu sənətin kökü, bəziləri gövdəsi, bəziləri budağı, bəziləri yarpağı, çox təəssüf ki, bəziləri heç yarpağın üzərində belə toz deyillər. Mən isə bu sənətdə şah damar olan budağam. Kimin nə deməyindən asılı olmayaraq, hər şey göz önündədir. Sənətimdə xanımlar arasında liderəm. Hamı fonoqramla sənətə gəlir. Mən isə hər zaman üstünlüyü canlı ifalara verirəm”.

Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33