Şakiradan qadağa
Müğənninin konsertini təşkil edən “Omnikomo Music Group” şirkətinin piar meneceri Zaur Darabzadə Lent.az-a açıqlamasında bildirib ki, Şakira daha 4 gün Bakıda olacaq.
Onun sözlərinə görə, Cennefer Lopez və Rihannadan fərqli olaraq Şakira konsertdən öncə görüntüsünün yayılmasına qadağa qoyub. Şakiranın Bakıya 80 nəfərlik heyətlə və xeyli sayda texniki avadanlıqla gəldiyini deyən Zaur Darabzadə bildirib ki, müğənninin konsertdən 4 gün öncə gəlməsi onun hər iki konsertə rahat hazırlaşa bilmək məqsədi daşıyır. Şakira qarşıdakı iki gün ərzində də konsert proqramı üçün məşqlər edəcək.
Konsertlər zamanı jurnalistlərin çəkiliş aparmasına şərait yaradılacaq.
Qeyd edək ki, müğənni oktyabrın 13-də isə Azərbaycanda keçirilən “FİFA U-17 Qadınlararası Dünya Çempionatı Azərbaycan 2012”-nin bağlanış mərasimində çıxış edəcək. Oktyabrın 14-də müğənni “Bakı Kristal Zalı”nda konsert verəcək.
Konsertdə iştirak etmək üçün bilet əldə etmək istəyənlər www.omnikomo.com saytında sifariş verə, eləcə də şəhərin kassalarından əldə edə bilərlər. Konsertə 3 gün qalmış isə Bayraq Meydanının yaxınlığında, “Crystal Hall”’un önündə satış nöqtəsi açılacaq.
Dünya şöhrətli ulduzun şousu yüksək keyfiyyətli musiqinin təbliğatı və musiqi piratçılığı ilə mübarizə çərçivəsində keçiriləcək.
Jalə

Oxşar yazılar

“Dörd evimiz var, çoxdur?” – Hollivud ulduzu
18 avqust 2025 , 19:19
Timatinin sevgilisi doğuşdan bir gün sonra
18 avqust 2025 , 17:24
Müğənni Dəniz Əsədovanın cəzası artırıldı
18 avqust 2025 , 14:58
Məşhur ULDUZ 6 ay gəzə bilmədi
18 avqust 2025 , 13:38
“Ölən” məşhurdan aqressiv reaksiya: “Çox yaxşıyam”
18 avqust 2025 , 12:38
Rəqsanənin əri danışdı - Məni ölkəmə göndərin
18 avqust 2025 , 10:56
"Jrokez" ləqəbli Oğuzhan necə öldü?
18 avqust 2025 , 10:41