Şakira Bakıda sağlam həyatdan danışdı - FOTO
Kolumbiyalı müğənni Şakira Azərbaycana səfəri zamanı AFFA və UNICEF-in birgə tədbirinə qatılıb. Lent.az-ın məlumatına görə, tədbirdə Şakira UNICEF-in xoşməramlı səfiri qismində iştirak edib. O, təhsilin əhəmiyyətini və onun qızların inkişaf etməsinə necə yardım etməsini müzakirə etmək üçün UNICEF tərəfindən dəstəklənən 17 yaşadək qızlardan ibarət futbol liqasının bir qrup oyunçusu ilə görüşüb. Şakira sağlam həyat tərzi haqqında məlumatlılığı, qızların milli miqyasda təhsilini və idmanda iştirakını təşviq etmək üçün futbolun potensialından necə istifadə edilməsini yeniyetmə qızlarla müzakirə edib.
Məşhur müğənni deyib: “İdman həm qızlar, həm də oğlanları əhatə etmək üçün gözəl vasitədir və qadın olduqlarına görə üzləşdikləri məhdudiyyətlər üzündən bir çox qızın edə bilmədiyi digərləri ilə sosial ünsiyyət qurmaq imkanını təmin edə bilər. Təhsil kimi idman da qızlara cəmiyyətdə bərabər hüquqlu oyunçu olmağa yardım edə bilər”.
Qeyd edək ki, Şakira 17 yaşadək qızlar arasında dünya çempionatının final matçında canlı performans göstərdikdən sonra Crystal Hall”da konsert verib.

Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33