
Müğənni Zamiq keçmişini xəyal edir
Müğənni Zamiq Hüseynov növbəti klipini çəkdirib. Bu barədə Lent.az-a müğənnin mətbuat katibi Türkan Məmmədli məlumat verib: “Bu yaxınlarda unudulmaz sənətkarımız Akif İslamzadənin repertuarına müraciət edən Zamiq “Ötən günlərimi qaytaraydılar” adlı mahnısını ekranlaşdırıb. Azərbaycan Dövlət Opera və Balet teatrında çəkilən klipə rejissorluğu Anar Hüseynov edib. Müğənni Zamiq klipdə rəqqas obrazını canlandırır. Klip zamanı tərəf müqabili Veranika xanımla eşq hekayəsi yaşayan Zamiq ötən günlərinin xəyalını qurur. Bu klipdə əməyi olan kollektivin işbirliyi nəticəsində fərqli bir ekran işi ərsəyə gəlib”.
Qeyd edək ki, klipdə Zamiqlə rəqqasə xanımın imici üzərində Elnur Həsənov çalışıb. Geyim tərzini müəyyən edən Elnurun istəyini həyata keçirmək üçün modelyer Afa xanım yardımçı olub. Zamiqlə tərəf müqabilinin saç düzümü isə Fuad Hacıyevə məxsusdur.
Yalçın Süleymanov
Foto: Vüqar İbadov
Qeyd edək ki, klipdə Zamiqlə rəqqasə xanımın imici üzərində Elnur Həsənov çalışıb. Geyim tərzini müəyyən edən Elnurun istəyini həyata keçirmək üçün modelyer Afa xanım yardımçı olub. Zamiqlə tərəf müqabilinin saç düzümü isə Fuad Hacıyevə məxsusdur.
Yalçın Süleymanov
Foto: Vüqar İbadov
Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33