Elarizi yenə “boğdular”
Bu ilin əvvəlində gənc protejesi Yaqut Nərimanla oxuduğu sözləri Rəsmiyyə Sabirə, musiqisi Nadir Əzimova məxsus “Ömür boyu” adlı mahnısını dinləyicilərə təqdim edən populyar müğənni Elariz bir neçə həmkarı tərəfindən ünvanına xoş sözlər eşidib. Bu barədə müğənni özü Lent.az-a danışıb.
Elarizin dediyinə görə, həmkarları əməkdar artist Səməd Səmədov, Rəşad İlyasov, aktrisa Mehriban Xanlarova və başqaları onu təriflə “boğublar”: “15 illik karyeram müddətində ilk dəfə duet oxumuşam. Sevindirici haldır ki, ilk duetim adları qeyd olunan və digər sənət yoldaşlarım tərəfindən rəğbətlə qarşılanıb. Hər biri sözün yaxşı mənasında sanki sözləşiblərmiş kimi, hər gün zəng edib ilk duetimin uğurlu alındığından bəhs edir və məni təbrik edirlər. Bildirirlər ki, bu mahnıda bir daha peşəkar müğənni olduğumu sübut edə bilmişəm. Eyni zamanda, duet ortağımı da uğurlu seçdiyimi bildirib protejemə mənim kimi dəstək olmağa hazır olduqlarını vurğulayırlar. Hətta aralarında elələri var ki, gələcəkdə Yaqutla duet oxumaq istəklərini ifadə edirlər. Mən isə öz növbəmdə hələ ki, fikrimi Yaqutun bundan sonra bir müddət solo karyerasına yönəltmişəm. O, özünü müstəqil müğənni kimi də solo ifaları ilə sübut etməlidir və bunu bacaracağına tam əminəm. Bundan sonra hansısa müğənni ilə duet oxuyacağı barədə qərar verə bilərəm”.
Elariz onu da deyib ki, Yaqut Nərimanın solo ifası üçün bir neçə bəstəkar tərəfindən təklif olunmuş mahnılar üzərində seçim edirlər. Hansı mahnı protejesinin səsinə daha yaxşı uyğun gələrsə, həmin mahnı üzərində dayanacaqlar. Çox güman ki, Yaqutun solo ifasında yeni mahnı mart ayının əvvəlinə kimi hazırlanıb dinləyicilərin ixtiyarına veriləcək.
Lalə Yusifqızı

Oxşar yazılar

Bülent Ersoydan gözlənilməz qərar: Antalyadakı villasına Ankaradan dönərçi gətizdirdi
2 avqust 2025 , 13:02
Maykl Ceksonun qızı nişanlısından ayrıldı
1 avqust 2025 , 16:54
"5 il ağır depressiyadan sonra özümü dəyişdim" - Samirə Əliməryəm
1 avqust 2025 , 13:33
Məşhur aktyor dəlixanada - Şizofreniya diaqnozu qoyuldu
1 avqust 2025 , 11:48
63 yaşlı Tom Kruz özündən 26 yaş kiçik aktrisa ilə sevişdiyini TƏSDİQLƏDİ
31 iyul 2025 , 18:04
Süni intellekt İlhamə Quliyevanı belə canlandırdı - VİDEO
31 iyul 2025 , 16:04
Məşhur aktrisa Elşən Orucovla səmimi görüntüsünü paylaşdı - VİDEO
30 iyul 2025 , 14:33