Azərbaycanlı manekenə Amerikadan xoş sürpriz
Türkiyədə fəaliyyət göstərən model Günay Musayeva Amerikadan iş təklifi alıb. Bu barədə model Lent.az-a açıqlamasında məlumat verib: “Məslək həyatımın arzusuna qismən də olsa çatmışam. Bütün manekenlər kimi, mən də dünya podiumuna çıxmaq arzusundayam. Rəfiqəmin köməkliyi ilə kataloqum orada təqdim olunub və mənə iş təklifi gəlib. Qarşıda məni Amerika səfəri gözləyir”.
Model səfər öncəsi narahatlığının səbəbini izah edib: “Neçə ildir, Türkiyədə fəaliyyət göstərirəm. Burada istədiyim yerdəyəm. Amerika kimi bir ölkədə model biznesinə qoşulub, orda öndə gedən model olmaq, bilirsiniz necə qüvvə və bacarıq tələb edir? Açığı orda itib-batmaqdan qorxuram. Görək, hər şey görüşdən asılıdır... Gözləyirəm, qəti cavabım görüşdən sonra özümə də məlum olacaq. Təbii ki, orda işləmək və tanınmaq istəyirəm”.
Lalə Yusifqızı

Oxşar yazılar

İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08