Gövhər Həsənzadə “Nostaljı günlər” aksiyasına başlayır
Bəstəkar Gövhər Həsənzadə fevralın 22-də “Nika” adlandırdığı fan-klubunun açılışını edib. Bu barədə Lent.az-a məlumat verən mətbuat katibi Ceyran Nəriman bildirib ki, klub açılar-açılmaz artıq bir sıra görüşlərin təşkili planlaşdırılıb.
Mətbuat katibi onu da deyib ki, Azərbaycan estradasının tanınmış nümayəndələri, estradanın inkişafı üçün çalışanlar, retro estrada ulduzların, klassikaya çevrilən , yaddaşlarda iz salan, unudulmaz ifaya imza atan, əsl Azərbaycan estradasına xidmət edən qocaman estrada nümayəndələri burada bir araya gələcək, onlar üçün xüsusi estrada gecələri keçiriləcək.
Hətta Azərbaycandan kənarda yaşayan soydaşlarımız da Gövhər Həsənzadənin “Nostalji günlər” adlı bu aksiyasına qoşulacaq.
Qapalı keçiriləcək aksiyanın mediada işıqlandırılmaması nəzərdə tutulur.
Aksiyanın əsas məqsədi qocaman sənətkarların xatirələrində gizlənən milli estradamız barədə bilgilər toplamaq və bir növ unudulmaqda olan 70 illik tarixə malik estrada arxivini yaratmaqdır.
Lalə Yusifqızı

Oxşar yazılar

Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17