Səfurə Əlizadə pərəstişkarları üçün bədii kəşf olub
“Eurovision-2010” təmsilçimiz Səfurə Əlizadə mayın 18-də Oslo şəhərində yarışmanın keçiriləcəyi “Telenor Arena” stadionunda ilk dəfə məşq edib.
Təmsilçimizin ilk məşqi “Eurovision” pərəstişkarları və jurnalistlər üçün xoş təəssürat yaradıb.
Lent.az-ın müğənninin şəxsi saytına istinadən məlumatına görə, məşhur müğənni Beyonsun baletmeysteri Jarkvel Knayet ilə azərbaycanlı rəssamın birlikdə yaratdığı teatral səhnə pərəstişkarlar və jurnalistlər üçün əsl bədii kəşf olub.
Səfurəni səhnədə rəqqas Denis Hraystuk müşayiət edib.
Səfurənin çıxışı zamanı səhnədə böyük ölçülü LCD ekranlar yerləşdirilib. 30 kvadrat metrliklik səhnədə canlı performans, “Damla Damla”nın emosiya dalğalarını vurğulamaq üçün yayılan video-görüntülər ifa zamanı inanılmaz bir palitra yaradıb. Bu, birinci məşq zamanı yaranan səhnə dekorudur. İkinci səhnə ikinci məşqdə təqdim olunacaq.
"Bu çox sadə və eyni zamanda anlaşılmayan bir sevgi hekayətidir. Səfurə və rəqqas öz dilində hekayətlərini təqdim edir”,- Jakvel Knayet “Drip-Drop”u izah edib.
Azərbaycanlı ifaçı növbəti performansını 22 mayda məşq zamanı nümayiş etdirəcək. Səfurə məşqə eksklüziv geyimlə gələcək.
Lalə

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01