Səfurə Əlizadə Osloda “Pulun var?” dedi
Azərbaycanı “Eurovision-2010” mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadə Avropa mediası qarşısında Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasından fraqment ifa edib.
APA-nın Norveçə ezam olunmuş müxbirinin məlumatına görə, ikinci məşqdən sonra keçirilən mətbuat konfransı zamanı media mənsubları Səfurə Əlizadədən bir mahnı oxumasını istəyiblər. Azərbaycan təmsilçisi isə seçimi özü edərək dünya səviyyəli mərhum bəstəkarımız Üzeyir Hacıbəylinin bir musiqisini ifa edəcəyini deyib. O, 4 əcnəbi bek-vokalı ilə ayağa qalxaraq “Arşın mal alan” operettasından Telli ilə Vəlinin hissəsini (“Pulun var?”) ifa edib. Səfurə, onun rəqqası və bek-vokalçılar bu parçanın ifası zamanı milli Azərbaycan rəqsini də çoxsaylı media mənsublarına tanıdıblar.
Xatırladaq ki, Norveçin paytaxtı Osloda keçirilən 55-ci “Eurovision” müsabiqəsində Azərbaycanı təmsil edən Səfurə Əlizadə mayın 27-də II yarımfinalda 7-ci sırada çıxış edəcək. Həmin gün yarımfinalda çıxış edəcək 17 ölkə arasından 10-u səsvermə nəticəsində mayın 29-da keçiriləcək finalda iştirak hüququ qazanacaq.

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01