
Elarizdən Səfurəyə dəstək
“Eurovision-2010” mahnı müsabiqəsinin yarımfinalına sayılı günlər qalarkən müğənni Elariz həyəcan və səbirsizliklə Səfurənin çıxışını gözləyir. Ötən il Aysel Teymurzadəni dəstəkləyən müğənni lent.az-a açıqlamasında bu il Səfurənın də uğurlu çıxış edəcəyinə böyük ümid bəslədiyini deyib: “Səfurə “Yeni ulduz” müsabiqəsindən diqqətimi çəkib. Hələ onda bu xanımın müğənnilik karyerasında bacarıqlı olacağını düşünmüşdüm. Səfura həm də iddialı xanımdır. Bu, onun ən üstün cəhətlərindəndir. Çox şadam ki, bizi bu il “Eurovision”da məhz o, təmsil edəcək. İfasını çox bəyənirəm. “Drip-drop” mahnısını yüksək səviyyədə ifa edib. Hətta həmin mahnıya çəkilmiş klipdə onun artistlik bacarığı da məni heyran edib. Əminəm ki, Səfurə bu müsabiqədə layiqli çıxış edib, vətənə qələbə ilə qayıdacaq. Məncə buna təkcə mən yox, Eurovision müsabiqəsini izləyən bütün tamaşaçılar əmindirlər. Səfurəya uğurlar arzu edirəm”. Səfurəya ünvanladığı xoş fikirlərin ardından Elariz gənc müğənninin Azərbaycanın estrada səhnəsində çox uğurlar əldə edəcəyinə inandığını söyləyib.
Nəzrin
Nəzrin
Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01