Rəqsanə: “İbrahim Tatlısəs məni restoranına dəvət etdi”
12 iyul 2010 15:00 (UTC +04:00)

Rəqsanə: “İbrahim Tatlısəs məni restoranına dəvət etdi”

0
“O mənim telefon nömrəmi aldı, mən də onun...”

Bu günlərdə Türkiyədə İbrahim Tatlısəs və Azəri Günellə birlikdə toyda iştirak edən müğənni Rəqsanə səfərdən sevincək qayıdıb. Bu barədə Lent.az-a məlumat verən müğənni bildirib ki, səfərdə ən böyük qazancı “imperator” Tatlısəsin simpatiyasını qazanması olub: “Bir saatlıq çıxışım oldu, mənim üçün ən xoş olanı, Tatlısəsin musiqilərimi bəyənməsi oldu. Öz ünvanıma xoş söhbətlər eşitdim, bir-birimizə telefon nömrələrimizi verdik. İbrahim Tatlısəs mənim şəxsi nömrəmi aldı, mən də onun...”
Rəqsanə deyib ki, İbrahim Tatlısəs onu öz proqramına dəvət etmək fikrindədir: “O mənə dedi ki, yaxın vaxtlarda mütləq öz proqramına dəvət edəcək. Üstəlik, əlavə etdi ki, nə vaxt Türkiyədə olsam, məni öz restoranında görməyə şad olacaq...”

Lalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 585

Oxşar yazılar