Şəhla Həmidova: “Yaxın gələcəkdə şəxsi həyatımda...”
“Xalq ulduzu-1”in qalibi Şəhla Həmidova şəxsi həyatında dəyişiklik etmək üçün oğlunun bütün istəklərini yerinə yetirəcək. Lent.az-ın məlumatına görə, müğənni hazırda 8-ci sinifdə oxuyan oğlunun təhsili ilə məşğuldur, amma yenə də “heç vaxt demə ki, heç vaxt” deyiminə inanır: “Kişilərə güvənim yoxdur. Ümumiyyətlə, insanlara inanım azalıb. Hər dəfə şəxsi həyatım haqda fikirləşməyə başlayanda, içimi qorxu hissi bürüyür. Bu, bəlkə də mənim oğul anası olmağımla bağlıdır. Oğlum 8-ci sinfə gedir. Artıq özümü yox, onu fikirləşirəm. Lakin ruslarda belə bir deyim var, “heç vaxt demə ki, heç vaxt!”. Hər şey Allahın əlindədir. Ola bilər ki, vaxt yetişər və qismətimə yazılan bir insanla ailə quraram”.
Şəhla ailə quracağı şəxs barədə təsəvvüründən də danışıb: “İlk növbədə ağır təbiətli olmalıdır. Məni başa düşməlidir. Bilirəm sizə və oxuculara da maraqlıdır ki, nə səbəbdən ikinci dəfə ailə həyatı qurmaqdan ötrü təkliflər almamışam. Açıq deyəcəyəm, bəlkə kimsə mənə ürəyini açmaq istəyib. Ancaq əks cinsin nümayəndələrinə elə münasibət göstərmişəm ki, heç kim mənə yaxınlaşmağa cürət etməyib. Xasiyyətim belədir. Bir daha təkrarlayıram ki, oğlumun bütün istəklərini yerinə yetirəndən sonra, özüm haqda düşünə bilərəm. Yaxın gələcəkdə isə şəxsi həyatımda yenilik etməyə hələlik hazırlaşmıram”.
Nəzrin

Oxşar yazılar

Evliliyindən peşman olan 4 məşhur
7 iyul 2025 , 14:11
Öldürüldüyü deyilən müğənni sağ imiş - Rəfiqəsi açıqladı - YENİLƏNİB
5 iyul 2025 , 21:06
Bred Pitt peşmandır: "Colini sevirdim, böyük səhvlər etdim"
5 iyul 2025 , 18:19
Kıvanç Tatlıtuğ yeni serialla ekranlara qayıdır
5 iyul 2025 , 13:00
Konsertdən zəngin olan sənətçilər
5 iyul 2025 , 11:33
Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01