“Aygün Kazımova səviyyəcə Validə Abbasovadan qat-qat yüksəkdir”
Televiziya proqramlarının birindən sonra isə müsabiqənin prezidentləri stilist Anar Ağakişiyev və Validə Abbasova arasındakı münasibətlər də soyudu. Xatırladaq ki, xalq artisti Aygün Kazımova həmin verilişdə canlı telefon bağlantısı zamanı Validə Abbasovanın özünün iştirakçısı olduğu müsabiqədə qalib gəlmək üçün 15 min dollar rüşvət təklif etdiyini deyib.
Bu gün də Validə Abbasova saytların birinə verilişdə yaranan qalmaqalla bağlı açıqlama verib. Aygün Kazımova haqqında mənfi fikirlər bildirib, eyni zamanda Anar Ağakişiyevin Azərbaycan vətəndaşlığının olmadığını deyib.
Buna cavab olaraq Anar Ağakişiyev Lent.az-a bildirib ki, Azərbaycan vətəndaşlığını qəbul etməsi üçün lazımi orqanlara artıq müraciət edib və nəticəni gözləyir: “Validə Abbasovadan fərqli olaraq, mən hər şeyi qanunla həll edirəm. Qeydiyyatla bağlı müraciət etmişəm, növbəmi gözləyirəm. Ümumiyyətlə, bu məsələ ilə bağlı artıq nəsə deməyin yeri yoxdur. Hər şey danışılıb, kimin haqlı-haqsız olduğu ortadadır. Validə Abbasova 2002-ci ildə “Miss Azərbaycan” müsabiqəsində qalib gəlmədiyi üçün aləmi qatdı bir-birinə. Sonradan onu sakitləşdirmək üçün eyni iştirakçılarla hardansa bir “Miss millenium” yarışmasını təşkil etdilər. Kim, necə etdi, bilmirəm. Dünyanın heç yerində “Miss millenium” müsabiqəsi yoxdur, keçirilmir. O ki qaldı xalq artisti Aygün Kazımovaya söz atmağına, o, heç onun yanında qulluqçu da işləyə bilməz. Çünki Aygün Kazımovanın səviyyəsi Validə Abbasovanın səviyyəsindən qat-qat yüksəkdir. Bütün bu yazılar da sifarişlidir. Validənin özünün pullu jurnalistləri tərəfindən yazılır. Hər şey şəffaflığı ilə göz önündədir”.
Banu

Oxşar yazılar

Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42
Ədalət Şükürov bağ evindən görüntülər paylaşdı - VİDEO
10 iyul 2025 , 14:33