Gözdən itmiş populyar müğənnimiz üzə çıxdı - bu dəfə yataq otağında...
Sözləri Ramiz Abdullayevə, musiqisi Teymurnaməyə aid olan "Həyatımsan deyirdin" mahnısına çəkilən klipin rejissoru Nail Naiboğludur. Bu barədə xəbəri Lent.az-a rejissor özü deyib. Nail bildirib ki, bu, onun Elxan Şirinovla ilk əməkdaşlığıdır: “Həmişə istəmişdim ki, Elxanla işbirliyimiz olsun. Elxan mənim təhsil aldığım institutda müəllimim olub, özüm dillər institutunu bitirmişəm. 5 il Elxan müəllim mənə dərs deyib. Bir tələbənin müəlliminə klip çəkməsi zövqlü işdir, bu zövqü duydum”.
Rejissor klipin türk klipləri formatında çəkildiyini xəbər verib: “Klipdə Elxan müğənni kimi çəkilib. Obrazları gənc idmançı - aktyor Murad Abdullayev və Nərmin adlı gənc aktrisa canlandırıblar. Klip ailə-məişət mövzusunda çəkilib. Qəhrəmanlar klipdə ayrılığın acısını yaşayırlar”.
Klip bir məkanda - yataq otağında çəkilib: “Bu da təsadüfi deyil ki, bütün hadisələr məhz bir otaqda baş verir. Bunu klipə baxanda tamaşaçılar biləcəklər. Klipdə peşəkar qrup işləyib. Klipin operatoru Elmir Süleymanov, montajçısı Rəşad Həsənov, prodüseri isə Pərviz Oqtayoğludur. Klip dekabrın əvvəlində təqdim olunacaq”.
Lalə Yusifqızı

Oxşar yazılar

Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10
Zorlama, insan alveri - Kanye Uestə qarşı 5 İDDİA
11 iyul 2025 , 14:32
Hadisənin makyajsız görüntüsü gündəm oldu
11 iyul 2025 , 10:15
Cennifer Lopez üçün Türkiyədə otaq yox, saray hazırlandı
10 iyul 2025 , 17:42