Röya: “Bu sevgini nə vaxta qədər gizli yaşayacağıq?...”
“Doğma diyar” layihəsində müğənni Zamiqlə birlikdə Azərbaycanı diyar-diyar gəzən sənətçi Röya Ayxan tamaşaçılarla ünsiyyətindən danışıb. Müğənni Lent.az-a açıqlamasında regionlarda tamaşaçılarından gördüyü maraqdan bəhs edib: “Onların bizi qarşılamaqlarına gəlincə, görürdüm ki, vay-şivənlə qarşıladılar. Düzdür, xoş effekt görürdüm, onlar canfəşanlıq edirlər... Lakin o məhəbbəti sanki gizli yaşayırlar, mahnılara qoşulmurlar, bizimlə səsləşmirlər, bəzən nə düşünürsən ki, tamaşaçı sevgisini nə vaxta qədər gizli yaşayacağıq...”
Müğənni başqa ölkələrdə fərqli münasibət gördüyünü deyib: “Bu yaxınlarda Antalyada olanda səhnədə düz 10 dəqiqə ritmlərlə oynadım! Tamaşaçılar arasında türklər, ərəblər, iranlılar da var idi... Eyni hadisə yad müğənnilər Azərbaycana gələndə də baş verir. Başqa yerdən bizə gələndə onu etmək asandır. Mən Sarayda konsert verirəm, necə yaşlı nəsli yerindən silkələyim? Bizim tamaşaçılar yad müğənni üçün əllərindən gələni edəcəklər, üstəlik o konsertə 500 manat da verib gedəcəklər”.
Sənətçi əyalət tamaşaçısı ilə paytaxt tamaşaçıları arasında fərq olduğunu iddia edib: “Əyalət tamaşaçıları ilə paytaxt tamaşaçısı arasında fərq çoxdur. Öz vətənində əziyyət sənin boynuna düşür. Dövlət tədbirlərinə fikir verin, açıq havada müxtəlif sənətçilər konsert verir. Ola bilməz ki, heç olmasa 30 müğənnidən biri xalqın sevdiyi olmasın. Nə fərqi var... Gərək mikrofona çığırasan ki, əllərinizi qaldırın! Elə türk müğənnisi var ki, kazinoda oxuyurlar ey, onları heç kim tanınmır. Bizimkilər qan-tərin içində olacaqlar, həmin müğənnilərdən ötrü hamısı...”
Röya “Doğma Diyar” turnesində ən çox zövq aldığı və o qədər də xoş olmayan təəssüratları barədə danışıb: “Bu konsertlərin arasında ən yaxşıları Mingəçevir, Gəncə, Yevlax olub. Ağdamdakı konsertdə isə əziyyətimiz çox olub...”
Lalə Yusifqızı

Oxşar yazılar

Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51
Britni Spirs özü haqqında filmin çəkilişlərini dayandırdı: Nə baş verib?
15 iyul 2025 , 13:05
Onlar məşhurluqdan bezib - "Kim olduğumu unutdum"
14 iyul 2025 , 19:20
Birdən səhnədən yoxa çıxan 5 populyar müğənni
14 iyul 2025 , 13:05
Cennifer Lopesdən qisasçı mahnı: "ürəyindəki yaralara" görə Ben Afflekə təşəkkür
13 iyul 2025 , 11:00
Məşhur müğənni gizli sevgilisindən DANIŞDI
12 iyul 2025 , 18:10