Müğənni Zamiq partlayışa hazırlaşır
Bu günlərdə Türkiyədən səfərdən qayıdan müğənni Zamiq əcnəbi müğənnilərlə silsilə duetlər oxuyacaq. Müğənninin mətbuat katibi Ləman Tağıyevanın Lent.az-a verdiyi xəbərə görə, Zamiq səfər müddətində müğənni Haluk Leventlə görüşüb. Qeyd edək ki, müğənni yaxın günlərdə türkiyəli həmkarı ilə duet oxuyacaq.
Zamiq özü ətraflı məlumat verməkdən çəkinib: “Hələlik bu barədə danışmaq istəmirəm, çünki əvvəlcədən danışmaq mənə düşmür. Gözə gəlməkdən yaman qorxuram. Onsuz da bu gün bir çoxlarının dilindən düşmürəm. Paxıllığımı çəkənlər deyir, “Zamiq bu yaşında necə ugur, populyarlıq qazandı?” Yaxşı deyirlər, adamın min yeyəni olsun, bir deyəni olmasın!
Yalnız onu deyə bilərəm ki, uğurlu layihə olacaq. Növbəti partlayışın təməlini qoyacağıq. Türkiyədə olarkən mahnı ilə bağlı bir sıra hazırlıqlar oldu, bəzi işləri həyata keçirdik”.
Mayın 30-da isə “Neolit” restoranında Zamiqin xanım həmkarı Natavan Həbibi ilə birgə konserti keçiriləcək: “Hazırda konsertin məşqləri aparılır. Konsertdə bir sıra yeniliklər olacaq. İstər Natavanın, istərsə də mənim mahnılarımı duet şəklində ifa edəcəyik. Bir neçə xarici müğənninin repertuarından duet şəklində mahnılar ifa edəcəyik”.
Lalə Yusifqızı

Oxşar yazılar

Kriştiano Ronaldonun sevgilisi “Met Gala”da cazibədar obrazda poza verdi -FOTOLENT
7 may 2025 , 19:20
Jaklin Kennedi özünü paparassilərdən necə qoruyub?
7 may 2025 , 17:14Mətanət İsgəndərli 27 il sonra səhnəyə çıxdı - VİDEO
6 may 2025 , 22:53"Hav hav hav"ı oxuyan reper həbs olundu
6 may 2025 , 16:18
Saqqallı "Eurovision" qalibi Konçita Vurst necə dəyişdi? -VİDEO
6 may 2025 , 14:38
13 dəfə infarkt keçirən 11 yaşlı "Netflix" ulduzu öldü
6 may 2025 , 12:46
Sürprizlərlə dolu BİR GECƏ: “Met Gala”nın ulduzları belə yarışdı -FOTOLENT
6 may 2025 , 10:28