Sibel Canı Telman İsmayılovla azərbaycanlı iş adamı tanış edib
02 iyun 2009 19:30 (UTC +04:00)

Sibel Canı Telman İsmayılovla azərbaycanlı iş adamı tanış edib

Türkiyə mətbuatı həmin şəxsin Mübariz Mənsimov olduğunu yazır

Bir neçə ay əvvələ qədər həyat yoldaşı, iş adamı Sülhü Aksütlə əl-ələ gəzib, xoşbəxtlik olduqlarını elan edən müğənni Sibel Canın azərbaycanlı Rusiyada yaşayan azərbaycanlı iş adamı Telman İsmayılovla eşq münasibətində olması barədə xəbərlər gəzir.

Lent.az-ın “habertürk”ə istinadən xəbərinə görə, Sibel Canla Telman İsmayılov bir neçə ildir, bir-birlərini tanıyır. Bu tanışlıq müğənninin Azərbaycandakı konsertlərindən birində olub. Ancaq onların yaxın münasibətlərinin bir neçə ay əvvəl başladığı iddia edilir.

İddialara görə, Telman İsmayılovla Sibel Canı 2004-cü ildə azərbaycanlı iş adamı Mübariz Mansimov tanış edib.


Qeyd edək ki, Can boşanmaq üçün məhkəməyə müraciət edəndən sonra Telman İsmayılovun Antalyadakı 7 ulduzlu oteli “Mardan Palace”da dincəlməyə gəlib. O, Telman İsmayılovun istəyi ilə iyunun 24-dən avqustun 20-dək Ebru Gündeşlə birlikdə səhnəyə çıxacağı “Sueno Otel” çimərliyindəki konsert proqramını təxirə salmağa çalışır.

Can bu yay “Mərdan Palace”da konsertlər verəcək.

Lalə Yusifqızı
# 1562

Oxşar yazılar