Azəri Günel: “O sevgini 5 iyunda da gözləyirəm...”
03 iyun 2009 13:00 (UTC +04:00)

Azəri Günel: “O sevgini 5 iyunda da gözləyirəm...”

Bu gün Azəri Günel media nümayəndələri üçün mətbuat konfransı keçirib. Lent.az-ın məlumatına görə, müğənni jurnalistlərlə görüşə meneceri, qardaşı müğənni Tunar və atası ilə birlikdə qatılıb.

Müğənni konsert öncəsi bəzi məqamlara aydınlıq gətirib. O, Heydər Əliyev adına Sarayda çıxış etməyin məsuliyyət tələb etdiyini və bu səbəbdən də konsertə ciddi hazırlıq gördüyünü bildirib.

Konsertdə Güneli 42 nəfərlik ansambl müşayiət edicək. Konsertdə xalq artisti Arif Babayev və digər sənətçilər iştirak edəcək. Proqramda Günelin müəllimi Arif Babayev və qardaşı ilə bir neçə dueti gözlənilir: “Bundan başqa, rəqslərimiz olacaq, məni Türkiyədən 17 nəfər musiqiçi, Azərbaycandan isə 25 nəfərlik ansambl müşayiət edəcək. Müxtəlif janrlarda musiqilər ifa edəcəm. İllərdir Heydər Əliyev adına Sarayda konsert vermək arzusu ilə yaşayırdım. Bir neçə il öncə Heydər Əliyev adına İdman kompleksində verdiyim konsertdə pərəstişkarlarim məni tək buraxmamışdılar. O sevgini 5 iyunda Heydər Əliyev Sarayında da gözləyirəm”.

Lalə Yusifqızı
# 749

Oxşar yazılar