“Qala” qrupu 60-cı illərə qayıdıb
Qala qrupu Ədalət Şükürovla sayca ikinci duetini təqdim etməyə hazırlaşır.
Sözügedən duetə artıq klip də çəkilib. Bu barədə Lent.az-a qrupun üzvü Ceyhun Əliyev məlumat verib: “Bildiyiniz kimi, bizim bədii rəhbərimiz Ədalət Şükürovdur. Elə ilk dəfə də onunla duet oxumuşuq. Mahnının musiqisini özüm bəstələmişəm. Sözləri isə həvəskar şair Azər Şirinə məxsusdur”.
Qrupun üzvünün xəbərinə görə, mahnının klipi maraqlı alınıb: “Bu klipdə də mahnıya uyğun olaraq, sanki 60-cı illərə qayıtmışıq. Klip fotoşəkillərdən ibarətdir. Ağ və qara rənglər insanları bugünkü gündən ayıraraq keçmişə aparacaq”.
Ceyhun qrupun hazırda disk üzərində işlədiyini də məlumat verib: “Lakin təqdimat bir qədər gec olacaq. Çünki gələn il diski təhvil etməyi planlaşdırırıq”.
Lalə Yusifqızı

Oxşar yazılar

Ən reytinqli serialin ulduzu soyundu
4 iyul 2025 , 12:14
İrem Derici özündən 12 yaş kiçik sevgilisindən ayrıldı
3 iyul 2025 , 18:01
Emre Altuğun cəsur klipi sosial mediada həyəcana səbəb oldu - VİDEO
3 iyul 2025 , 16:17
Günayın yay keyfi - VİDEO
3 iyul 2025 , 12:03
Emin Ağalarov Rusiyadakı konsertini ləğv etdi
3 iyul 2025 , 10:29
“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34