Telman İsmayılov Bakıda toy çaldıracaq – EKSKLÜZİV
Mərasimdə yerli və əcnəbi ulduz müğənnilərin də çıxış edəcəyi gözlənilir
Hazırda Türkiyədə yaşayan, həmin ölkənin Antalya şəhərində “Mardan Palace” otelini inşa etdirmiş azərbaycanlı milyarder Telman İsmayılov Bakıdakı məşhur “Buta” sarayında qohumlarından birinə toy edəcək. Bu barədə Lent.az-a “Buta” sarayındakı mənbə məlumat verib. Toy oktyabrın 16-da olacaq.
“İsmayılovun təşkil etdirəcəyi mərasim oğlan toyudur. Mərasim ya Telman müəllimin qardaşının, ya da bacısının oğlu üçün keçirilir. Ancaq bütün məsrəfləri Telman İsmayılovun öz üzərinə götürdüyü dəqiqdir” – deyə, mənbə bildirib.
Toyda Azərbaycandan və xarici ölkələrdən qonaqlar iştirak edəcək. Mərasimdə yerli və əcnəbi ulduz müğənnilərin də çıxış edəcəyi gözlənilir. İsmayılov Moskvada keçirdiyi ad günü və Antalya şəhərində “Mardan Palace” otelinin açılış mərasiminə dünyanın ən tanınmış ulduzlarını gətirmişdi.
Xatırladaq ki, “Buta” sarayında Azərbaycanın baş nazirinin sabiq birinci müavini, Azərbaycan Güləş Federasiyasının fəxri prezidenti Abbas Abbasov da oğlu Vüsal Abbasova toy edəcək. Həmin toy mərasimi oktyabrın 3-də olacaq.
Pərvin ABBASOV

Oxşar yazılar

"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58
Ad-soyadlarını yanlış tələffüz etdiyiniz 8 ULDUZ
30 iyun 2025 , 13:45
Aşiq cütlük yenə də hamını heyran etdi
30 iyun 2025 , 11:15
Bred Pittdən ETİRAF: Messiyə heyrandır, amma futbolu sevmir
29 iyun 2025 , 09:55
Triş Kristakis – bəşər tarixinin ən seksual idman müxbiri -FOTOLENT
28 iyun 2025 , 12:10