
Elariz: “20 ildən artıqdır, keçəl olduğuma fikir vermirlər”
Müğənni Elariz Məmmədoğlunun barəsində yeni məlumat yayılıb. Lent.az-a daxil olan məlumata görə, müğənni başına tük əkdirməklə, saçındakı seyrəlikdən birdəfəlik azad olmaq niyyətindədir. Ancaq Elarizin özü Lent.az-a açıqlamasında bu xəbərin həqiqətə uyğun olmadığını söyləyib: “Son günlər haqqımda müxtəlif cür, deyərdim ki, ağılagəlməz xəbərlərin yayılması diqqətimə səbəb olub. Mənə maraqlıdır ki, bu cür məlumatlar kimlər tərəfindən və nəyə görə ictimaiyyətdə yayılır. Bəli, başıma tük əkdirməklə bağlı yayılan söz-söhbətləri özüm də eşitmişəm. Ancaq hələ belə bir niyyətim yoxdur. Təvazökarlıqdan uzaq səslənsə də deməliyəm ki, professional səhnədə sözünü deməkdə olan Elariz üçün bundan sonra başında tük olması elə də böyük əhəmiyyət kəsb etmir. Yəni sənətimə qiymət verənlər, 20 ildən artıqdır ki, keçəl olduğuma fikir vermirlər” .
Yaradıcılığında bir sıra yeniliklər edəcəyini vurğulayan Elariz, sürprizləri haqqında indidən danışmaq istəməyib: “Jurnalistlər və çox dəyərli pərəstişkarlarım bir az da səbr etsinlər, bütün yeniliklərimdən xəbərdar olacaqlar”.
Lalə Yusifqızı
Yaradıcılığında bir sıra yeniliklər edəcəyini vurğulayan Elariz, sürprizləri haqqında indidən danışmaq istəməyib: “Jurnalistlər və çox dəyərli pərəstişkarlarım bir az da səbr etsinlər, bütün yeniliklərimdən xəbərdar olacaqlar”.
Lalə Yusifqızı
Oxşar yazılar

“Kurtlar Vadisi”nin məşhur aktyoru vəfat etdi
2 iyul 2025 , 16:39
Bu məşhurlar Bakıya gələ bilməyəcək - Siyahı
2 iyul 2025 , 12:34
"Məndən əvvəl başqa qız olduğunu bildim" - 29 yaşlı model Yamalla münasibətindən DANIŞDI
2 iyul 2025 , 11:08
Günay İbrahimlinin daha bir SİRRİ açıldı
2 iyul 2025 , 09:35
"Məndən bir də borc istəməyin" - Klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu
1 iyul 2025 , 14:54
Miri Yusifə ağır itki
1 iyul 2025 , 10:29
Maykl Ceksonla bağlı daha bir sirr açıldı
30 iyun 2025 , 14:58