"30, 50 manat təklif edirlər, heç olmasa 100 verin" - Azərbaycanlı aktrisa
17 yanvar 2022 19:55 (UTC +04:00)

"30, 50 manat təklif edirlər, heç olmasa 100 verin" - Azərbaycanlı aktrisa

Aktrisa Telli Hüseynova yaradıcılığından danışıb. Lent.az-ın məlumatına görə, aktrisa “7 canlı” verilişində bildirib ki, ona seriala çəkilmək üçün yüksək pul təklif etmirlər: 

“Bir-iki dəfə mənə serial təklifi etdilər. Amma elə aşağı pul təklif etdilər ki, etməsəydilər ondan yaxşıdır. 30-50 manat pul verəcəyik dedilər. Bunu mənim kimi insana necə demək olar axı? Mən 28 ildir ki, bu sənətdəyəm. Sizdən geyim istəmirəm. Heç olmasa 100 manat verin. Ona görə də getmirəm”. 
 

# 10284
avatar

Yalçın UĞUR

Oxşar yazılar