Hər paylaşımı ilə adından söz etdirəntürkiyəli iş adamı Acun Ilıcalının keçmiş həyat yoldaşı Şeyma Subaşı Ramazanla bağlı paylaşım edib.
Lent.az xəbər verir ki, Subaşı əlində təsbeh tutan fotosunu paylaşıb.
Subaşı 2 milyon 800 min izləyicisi olan instaqram hesabının hekayələr bölməsində Ramazanla bağlı paylaşım edib. Subaşı paylaşımında bunları qeyd edib:
"Bütün müsəlman qardaşlarıma və digər dinlərdən olan dostlarıma Ramazan ayının xoş keçməsini diləyirəm. Ümid edirəm ki, bu gözəl ay dünyaya anlaşma, rahatlıq, pozitivlik və sülh gətirsin. Gəlin hamımız Ramazanın ruhuna hörmətlə yanaşaq".