Aktyor oğru rolunu  elə yaxşı oynadı ki... qonşular  polis   çağırdı
23 yanvar 2026 19:20 (UTC +04:00)

Aktyor oğru rolunu elə yaxşı oynadı ki... qonşular polis çağırdı

0

Avstraliyalı aktyor Devid Hauell “Run” adlı yeni serialın kastinqində bank soyğunçusunu o qədər inandırıcı canlandırıb ki, qonşular bunun real cinayət olduğunu düşünüb polis çağırıblar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, mini-serial Avstraliyanın məşhur bank soyğunçusu, “Poçt banditi” ləqəbli Brenden Ebbottun həyat hekayəsinə əsaslanır.

Hadisə yerinə gələn polis və taktiki qrup isə çəkiliş heyəti tərəfindən bunun sadəcə kastinq olduğu barədə məlumatlandırılıb.

Qeyd edək ki, serial Ebbottun 80–90-cı illərdə 40-dan çox bank soyğununda iştirak etməsindən, illərlə gizlənməsindən və 1998-ci ildə həbs olunmasından bəhs edir. O, 2028-ci ilin avqustunda azadlığa çıxa bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 258

Oxşar yazılar