Aqşin Fateh: "Rəşadın yerinə olsaydım,   mən də..."
12 noyabr 2022 18:40 (UTC +04:00)

Aqşin Fateh: "Rəşadın yerinə olsaydım, mən də..."

Meyxanaçı Aqşin Fateh həmkarı Rəşad Dağlının həbsindən danışıb.

Lent.az xəbər verir ki, “Xəzər axşamı” proqramına qatılan müğənni Rəşada və ailəsinə dəstək olduğunu bildirib:

"Həm sənətçi, həm kişi kimi mütləq borcumdur ki, bunu deyim. Sosial şəbəkələrdə bir-iki məqalə oxudum, şərhlərdə artıq şeylər yazmağa başlayıblar. Əvvəla Rəşad qardaşımızın ailəsinə, Yusif balasına, qızına səslənirəm. Siz elə bilməyin ki, təksiniz. Biz əmiləriniz, dayılarınız yanınızdayıq. Necə toyunuzda yanınızda olduqsa, çətin günlərdə də yanınızdayıq".

Aqşin Fateh bildirib ki, meyxanaçı, şair, sözlə dolanan adama ağır söz demək olmaz:

"Bir insanın malına dəyə, xəsarət edə, hər şeyinə toxuna bilərsən. Meyxanaçının şərəf ləyaqətinə, namusuna sözlə toxunsan... Yəni onu qınayan adamlar var ki, gərək eləməzdi filan. Biz söz adamlayırıq, sözlə pul qazanırıq. Bizi sözlə əzmək olmaz. Bəlkə kimlər üçünsə adidir, şərəfinə, namusuna söz desinlər, keçsin. Bəlkə də o, öyrəşib, hər gün eşidir. Amma meyxanaçı, şair, sözlə dolanan adama qayıdıb ağır söz demək olmaz. Mən özümdən götürürəm ki, Rəşadın yerində olsaydım, özümü idarə edə bilməzdim", - deyə Fateh qeyd edib.

Xatırladaq ki, meyxanaçı Rəşad Əmirov (Dağlı) bir neçə gün əvvəl qonşusunu söyüş üstündə qətlə yetirib.

# 4521
avatar

Oxşar yazılar

Azərbaycanlı məşhurlardan kimlər Türkiyəyə yardım ETDİ?  - SİYAHI

Azərbaycanlı məşhurlardan kimlər Türkiyəyə yardım ETDİ? - SİYAHI

8 fevral 2023 , 18:03
"Bu fəlakətin sahibləri cəzalarını alsınlar" - AKTRİSADAN REAKSİYA

"Bu fəlakətin sahibləri cəzalarını alsınlar" - AKTRİSADAN REAKSİYA

8 fevral 2023 , 17:15
Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə NƏLƏR ETDİLƏR?  - SİYAHI

Türkiyəli məşhurlar zəlzələdən zərərçəkənlərə NƏLƏR ETDİLƏR? - SİYAHI

8 fevral 2023 , 13:23
Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI  - VİDEO

Müğənni Karsu dağıntılar altında qalan yaxınları üçün AĞLADI - VİDEO

8 fevral 2023 , 10:51
Tanınmış aktrisanın ana acısı

Tanınmış aktrisanın ana acısı

8 fevral 2023 , 10:14
Məşhur modeldən  QAYNAR POZALAR   - FOTO

Məşhur modeldən QAYNAR POZALAR - FOTO

7 fevral 2023 , 19:23
Məşhur aktyorun da yaxınları UÇQUN ALTINDA  qalıb

Məşhur aktyorun da yaxınları UÇQUN ALTINDA qalıb

7 fevral 2023 , 15:51
Tanınmış aparıcıya AĞIR İTKİ:  "Kədərimiz sonsuzdur"

Tanınmış aparıcıya AĞIR İTKİ: "Kədərimiz sonsuzdur"

7 fevral 2023 , 15:16