Beren Saatdan gözlənilməz  addım: ilk klipini  təqdim etdi - VİDEO
12 fevral 2026 13:28 (UTC +04:00)

Beren Saatdan gözlənilməz addım: ilk klipini təqdim etdi - VİDEO

0

41 yaşlı aktrisa Beren Saat yaradıcılığında yeni mərhələyə qədəm qoyaraq musiqi sahəsinə addım atıb.

Lent.az Türkiyə mediasına istinadla xəbər verir ki, o, ilk ingilisdilli sinqlı “CapitaliZoo”nun klipini təqdim edib. Qısa müddətdə diqqət çəkən layihə sosial şəbəkələrdə maraqla qarşılanıb.

“Aşk-ı Memnu” və “Fatmagülün suçu ne?” seriallarındakı rolları ilə yadda qalan aktrisa bu dəfə səhnədə deyil, mikrofon arxasında çıxış edir. Yeni mahnının klipi Los-Ancelesdə lentə alınıb. Klipdə Beren Saatın yeni saç düzümü də izləyicilərin marağına səbəb olub.

“CapitaliZoo” mahnısının sözləri Beren Saatə məxsusdur. Layihənin prodüserliyi və aranjemanı onun həyat yoldaşı, tanınmış musiqiçi Kenan Doğulu həyata keçirib. Bu mahnı cütlüyün uzun müddətdir üzərində çalışdığı musiqi layihəsinin ilk təqdimatıdır.

Beren Saat ilk şarkısının klibiyle hayranlarını şaşırttı

Aktrisa mahnının ideyası barədə danışarkən bildirib ki, “CapitaliZoo” dünyanın insanı necə ram etməyə çalışdığını anlamaq haqqındadır.

Onun sözlərinə görə, insanlar azad və özləri ilə barışıq halda doğulsalar da, zamanla müxtəlif maskalar yaradaraq öz mahiyyətlərindən uzaqlaşırlar. Mahnı insanın daxilindəki uşağın zəkasına ithaf və görünməz qəfəslərə qarşı bir etirazdır.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar