“Dəliyəm ki, mənə belə deyir” – Azər Aydəmir
05 mart 2024 12:56 (UTC +04:00)

“Dəliyəm ki, mənə belə deyir” – Azər Aydəmir

Rejissor və aktyor Hikmət Rəhimov sosial şəbəkə hesabında maraqlı paylaşım edib.

Lent.az-ın xəbərinə görə, o dostu, məşhur aktyor Azər Aydəmirlə birgə şəklini paylaşaraq, “Dəli balam” yazıb.

O, öncələr də bir neçə dəfə Azər Aydəmiri belə adlandırıb. Bəs görəsən Azər bundan inciyir? Nə üçün belə müraciət forması seçilib?

Lent.az-ın sualını cavablandıran Azər Aydəmir belə cavab verib:

“Dəliyəm ki, mənə dəli deyir. Yaradıcı adamların hamısı bir az dəli olur. Belə olmasa, yaradıcı adam özünü, ruhundakıları ortaya qoya bilməz”.

“Bəs dəli aktyoru  rejissorlar necə idarə edir?” sualına aktyor məzəli şəkildə “Dəli özü hamını idarə edir” cavabını verib.

# 6435
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar