Dünya Çempionatında romantik anlar:  Bred Pitt sevgilisi ilə eşqə gəldi
13 iyul 2026 11:53 (UTC +04:00)

Dünya Çempionatında romantik anlar: Bred Pitt sevgilisi ilə eşqə gəldi

0

Hollivud ulduzu Bred Pitt sevgilisi İnes de Ramonla birlikdə Dünya çempionatının 1/4 final mərhələsində keçirilən İspaniya–Belçika qarşılaşmasını stadiondan izləyib. 

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, cütlük tribunadakı səmimi davranışları ilə diqqət mərkəzinə düşüblər. Qarşılaşmanın gərgin anlarında onların öpüşərkən kameralara tuş gəlməsi gecənin ən çox danışılan məqamlarından biri olub.

Ətrafdakı insanların baxışlarına fikir verməyən Bred Pitt və özündən 29 yaş kiçik sevgilisinin romantik anlarını əks etdirən foto və videolar qısa müddətdə sosial şəbəkələrdə sürətlə yayılıb.

Cütlüyün bu görüntüləri internet istifadəçiləri arasında geniş müzakirələrə səbəb olub və günün ən çox diqqət çəkən maqazin xəbərlərindən birinə çevrilib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 260

Oxşar yazılar