Dünyaca məşhur müğənni azərbaycanlı modelyerin hazırladığı geyimdə -FOTO
22 sentyabr 2023 11:05 (UTC +04:00)

Dünyaca məşhur müğənni azərbaycanlı modelyerin hazırladığı geyimdə -FOTO

Dünyaca məşhur müğənni-aktrisa Rita Ora azərbaycanlı modelyer Rüfət İsmayılın kolleksiyasına müraciət edib.

Lent.az xəbər verir ki, 32 yaşlı britaniyalı ifaçı bir neçə gün əvvəl "Watch What Happens Live" proqramına həmyerlimizin hazırladığı libasla qatılıb. Bu barədə R. İsmayıl "instagram"da məlumat verib, Ritanın fotolarını paylaşıb.

Qeyd edək ki, Rüfət İsmayıl "Affair" brendinin yaradıcısıdr. Onun nümayişləri Milan, Florensiya, Tehran və digər şəhərlərdə baş tutub. O, hazırladığı geyimlərə görə "Türkiyənin ən yaxşı dizayneri" adına layiq görülüb.

Onun hazırladığı geyimləri Beyons, Cennifer Lopez, Avril Lavin və digər dünya ulduzları geyinirlər. O, hal-hazırda Azərbaycanın xalq artisti Aygün Kazımovanın da dizayneridir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 7032
avatar

Xədicə ƏFQAN

Oxşar yazılar