Edvard və 40 ulduz -Məşhurlar vida şəkli çəkdirdilər
09 fevral 2024 17:28 (UTC +04:00)

Edvard və 40 ulduz -Məşhurlar vida şəkli çəkdirdilər

Nüfuzlu “Vogue” jurnalının üz qabığında bu dəfə 1 yox, 40 məşhur qadının şəkli dərc edilib.

Lent.az-ın xarici mediaya istinadən xəbərinə görə, İrina Şeyk, Opra Uinfri, Ceyn Fonda, Mayli Sayrus, Linda Evangelista, Sindi Krouford qızı Kaia Gerber, Viktoriya Bekhem, Dua Lipa, Gigi Hadid, Salma Hayek, İman, Kate və Lila Moss, Vittoriya Ceretti, Naomi Kempbell və başqaları bir araya gəliblər. Adətən bu jurnalın üz qabığında bir nəfərin fotosu olur və burda şəklini dərc etdirmək heç də asan məsələ deyil. Məşhurların bir araya gəlməsinin səbəbi jurnalın baş redaktorunun işdən getməsidir. Jurnalın baş redaktoru Edvard Ennuful bildirib ki, fevral buraxılışı onun sözügedən jurnala vida mesajıdır, buna görə də dünyanın hər yerindən məşhur xanımları  toplayıb möhtəşəm bir “əlvida” demək istəyib.

# 4020
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar