Hadise tənqidlərdən sonra  UNİCEF-dən AYRILDI
24 fevral 2026 16:03 (UTC +04:00)

Hadise tənqidlərdən sonra UNİCEF-dən AYRILDI

0

Türkiyəli müğənni Hadisə, UNICEF (Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Uşaqlara Yardım Fondu) ilə birgə Ramazan ayı üçün hazırladığı videoçarxın doğurduğu kəskin etirazlardan sonra qurumla bütün bağlarını qoparıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, sosial şəbəkə istifadəçiləri videoda Türkiyənin "yardıma möhtac" bir ölkə kimi təsvir edildiyini iddia edərək müğənnini sərt tənqid atəşinə tutublar. Hətta bəzi izləyicilər sənətçinin vətəndaşlıqdan çıxarılması tələbi belə irəli sürüb.

UNICEF krizi büyüdü: Hadise’den şaşırtan ayrılık kararı

Artan təzyiqlər qarşısında videonu silən Hadisə məsələ ilə bağlı ikinci dəfə açıqlama yayaraq UNICEF-dən ayrıldığını elan edib. O, 2022-ci ildən bəri "Uşaq hüquqları müdafiəçisi" kimi bu qurumla çalışdığını və zəlzələ bölgəsindəki fəaliyyətlərini xatırladaraq, nəsə bir səhv niyyətinin olmadığını vurğulayıb.

Müğənni qeyd edib ki, insanların həssaslığını anlayır və bundan sonra yardım fəaliyyətlərini heç bir quruma bağlı olmadan, müstəqil şəkildə davam etdirəcək.

"Mən bu vətənə aşiq bir qadınam. Türkiyə hər zaman vətəndaşının yanında olan güclü bir ölkədir. Mesajlarınızı oxudum, təpkilərinizə hörmət edirəm. Bundan sonra xüsusilə Qəzzadakı uşaqlar başda olmaqla, bütün ehtiyac sahiblərinə dəstəyimi tamamilə müstəqil olaraq sürdürəcəyəm", – müğənni bildirib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 234

Oxşar yazılar