Həbsdən çıxan Manaf Ağayevlə bağlı  İLK AÇIQLAMA:   səhhəti... -  YENİLƏNİB
05 mart 2022 10:01 (UTC +04:00)

Həbsdən çıxan Manaf Ağayevlə bağlı İLK AÇIQLAMA: səhhəti... - YENİLƏNİB

Ötən gün gecə saatlarında azadlığa çıxan müğənni Manaf Ağayevin səhhəti ilə bağlı heç bir problemi yoxdur. 

Bu barədə Lent.az-a açıqlamasında ifaçının oğlu Müşfiq Ağayev deyib: 

“Səhərdən bir çox insanlar zəng edir. Hər kəsə cavab vermək olmur. Atam evdədir, səhhəti ilə bağlı heç bir problemi yoxdur, özünü yaxşı hiss edir. Maraqlanan hər kəsə təşəkkür edirəm”.  
 

***

07:06

Müğənni Manaf Ağayevin həbs müddəti başa çatıb.

Bu barədə Lent.az-a müğənninin oğlu məlumat verib. 

15 sutkalıq həbsi başa çatan M. Ağayev ötən gecə azadlığa buraxılıb. 

Qeyd edək ki, Manaf Ağayev işğaldan azad edilmiş Füzuli rayonuna icazəsiz səfər etdiyi üçün fevralın 18-də məhkəmənin qərarı ilə 15 sutka həbs edilmişdi.

# 30516
avatar

Yalçın UĞUR

Oxşar yazılar