Konsertləri dayandırdı, tənhalığı seçdi  - 83 yaşlı müğənni necə yaşayır?
26 sentyabr 2026 19:39 (UTC +04:00)

Konsertləri dayandırdı, tənhalığı seçdi - 83 yaşlı müğənni necə yaşayır?

0

Dünya musiqisinin əfsanəvi simalarından olan Xulio İqlesias uzun müddətdir səhnələrdən və ictimai həyatdan uzaq yaşayır.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, 83 yaşlı ispaniyalı müğənni hazırda sakit və qapalı həyat tərzinə üstünlük verir.

Karyerası ərzində bir sıra rekordlara imza atan Xulio İqlesias 1976-cı ildə cəmi 30 gün ərzində İspaniyanın 41 müxtəlif şəhərində 41 konsert verib. 2013-cü ildə isə 300 milyondan çox albom satışı ilə bütün dövrlərin ən uğurlu ispandilli ifaçılarından biri kimi göstərilib. Müğənni 2018-ci ildən etibarən konsert fəaliyyətini dayandırıb və yeni albom buraxmayıb.

Sənətçi Dominikan Respublikasının Punta-Kana bölgəsində sakit həyat sürür, tənhalığı sevir və vaxtının böyük hissəsini düşünməyə və yaradıcılığa ayırır. Xulio İqlesias eyni zamanda öz həyatından bəhs edən memuar üzərində işləyir.

Müğənni daha əvvəl haqqında yazılan bioqrafiyalardan birindən narazı qaldığını və buna görə həyat hekayəsini özü qələmə almaq qərarına gəldiyini açıqlayıb. İqlesias bildirib ki, kitabda həm şəxsi həyatının, həm də uzun illəri əhatə edən musiqi karyerasının ən mühüm hadisələri yer alacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 6

Oxşar yazılar