"Mən ailəmlə çox xoşbəxtəm" - Səidə Dadaşovadan xalasına CAVAB  - YENİLƏNİB
07 noyabr 2025 16:25 (UTC +04:00)

"Mən ailəmlə çox xoşbəxtəm" - Səidə Dadaşovadan xalasına CAVAB - YENİLƏNİB

0

Mərhum sənətkar Rafael Dadaşovun qızı müğənni Səidə Dadaşova xalası, Xalq artisti Brilliant Dadaşovanın efirdə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Bu barədə Lent.az-a müğənni özü məlumat verib: “Atam dünyasını dəyişəndən sonra elə bilirdim ki, arxamda heç kim qalmayıb. Amma bu gün sosial şəbəkələrdə gördüklərim mənə bunun əksini sübut etdi. Təşəkkür edirəm, Brilliant xanım (xalam) – mənə görə narahat oldunuz. Amma mən ailəmlə, həyat yoldaşım Maqa və övladım Rafael ilə çox xoşbəxtəm. Çox sağ olun”.

***

15:47

Xalq artisti Brilliant Dadaşovanın bacısı qızı, mərhum sənətkar Rafel Dadaşovun qızı, müğənni Səidə Dadaşova barəsində dedikləri gündəm olub.

Səidə Dadşova xalasının onun barəsində söylədikləri ilə bağlı geniş açıqlama hazırlayır.

Bu barədə müğənni özü Lent.az-a bildirib.

Səidə Dadaşova xalasının onun, daha doğrusu, həyat yoldaşı Məhəmməd Şamilovun barəsində dediklərinə dair qısaca fikir bildirmək istəməyib. Bu hadisə ilə bağlı nə təsdiq, nə də inkar formasında cavab verməyə tələsməyib. O, bir azdan bu mövzuda geniş açıqlama verəcəyini bildirib.

Xatırladaq ki, Xalq artisti Brilliant Dadaşova Səidə Dadaşovanın ərinin zorakılığına məruz qaldığını bildirib. "Səidə o qədər düzgün, yaxşı qızdır ki... Səidə efirdə deyir ki, anam mənim evimə gəlmir, uşağımı görmək istəmir. Anası Səidəyə zəng vurub deyib ki, sənə bujiteriya almışam. Əri də zəng edərək, "Əgər bizə gəlsən sənin ayaqlarını qıraram", deyib. Bu söhbətdən sonra anan sənin evinə necə gəlsin?

Məsələ əndazədən çıxdığına görə bunları açıqlayıram. Səidə indi ağlayır, gözyaşlarının səbəbi odur ki, ərim dediyi adam 2 ay əvvəl onun qabırğalarını sındırıb. Səidə də atasının 50 illik dostuna zəng edib ki, 102-yə zəng etdim, gəldi yenə məni döydü, məni bunun əlindən alan yoxdur. Səidə məcbur qalıb deyib ki, stuldan yıxılmışam.

Əgər Səidənin başından bir tük əskik olsa, səs yazıları əlimdədir, onu öyrədib televiziyaya çıxarıb, Dadaşovların adını hallandırsanız, mən hökumətimizə ərizə yazacağam",  - Brilliant Dadaşova qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2060

Oxşar yazılar