Evdəki xoşagəlməz qoxulardan  qurtulmağın ÜSULLARI
07 noyabr 2025 12:30 (UTC +04:00)

Evdəki xoşagəlməz qoxulardan qurtulmağın ÜSULLARI

0

Ən səliqəli və təmiz evdə belə bəzən xoşagəlməz qoxular yarana bilər. Yemək bişirdikdən sonra, ev heyvanlarından, zibil qabından və ya rütubətdən. Mağazalarda satılan sprey və hava təmizləyiciləri isə əksər hallarda qoxunu yalnız maskalayır, onu aradan qaldırmır. Ev havasını təbii və təhlükəsiz şəkildə təravətli saxlamaq üçün bir neçə sadə üsul kifayətdir.

Lent.az həmin üsullar barədə məlumat verir. 

1. Havanı dəyişmək - ən təbii üsul

Ən asan, eyni zamanda ən effektiv üsul müntəzəm havalandırmadır. Gündə ən azı iki dəfə 10 dəqiqəlik pəncərə açmaq kifayətdir. Təzə hava axını köhnə, durğun havanı çıxarır, rütubəti azaldır və evdəki ümumi atmosferi yeniləyir. Əgər imkan varsa, çarpaz havalandırma yaradın, məsələn, mətbəxdə və qarşı otaqda pəncərələri eyni anda açın.

2. Soda və limon - qoxu udanlar

Qida sodası evdəki yad qoxuları mükəmməl şəkildə udur. Onu kiçik bir kasaya və ya bankaya töküb soyuducuya, zibil qabının yanına və ya dolaba qoyun.

Limon həm qoxunu neytrallaşdırır, həm də otağa təbii sitrus təravəti bəxş edir. Bunun üçün 1 stəkan suya yarım limonun şirəsini və bir neçə damcı sirkə əlavə edin, səthləri bu qarışıqla silin.

3. Qəhvə və düyü - rütubət və kif qoxusuna qarşı

Ev havası rütubətli və ağırdırsa, təbii sorbentlər kömək edə bilər.

Qəhvə (xırdalanmış dənələr) xoş ətir verir və havanı təravətləndirir. Onu kiçik kasada vanna otağında, ayaqqabıların yanında və ya şkafda saxlayın.

Düyü rütubəti udmaq üçün idealdır. Düyünü parça kisələrə töküb evin müxtəlif yerlərinə yerləşdirin.

4. Havani təmizləyən bitkilər

Bəzi otaq bitkiləri təbii hava filtri kimi fəaliyyət göstərir. Onlar zərərli maddələri udur, oksigeni artırır və eyni zamanda dekorativ görünürlər. Ən effektiv növlər:

Spatifillum (xoşbəxtlik çiçəyi), sanseverya (qayın dili), aloe vera, paporotnik, sarmaşıq (plüş)

5. Evdə hazırlanmış təbii ətir spreyi

Kimyəvi tərkibli sprey əvəzinə öz təbii hava təravətləndiricinizi hazırlayın:

100 su, 1 çay qaşığı soda, 5–10 damcı efir yağı (lavanda, portağal və ya evkalipt). Qarışığı sprey qabına töküb otaqlara səpin. Həm xoş ətir yaranacaq, həm də allergiya riski olmayacaq.

6. Daimi təmizlik - qoxusuz evin açarı

Ən əsas qayda müntəzəm təmizlikdir. Zibil qabını, soyuducunu, mətbəx çıxarışını və parça səthləri tez-tez yuyun. Çünki xoşagəlməz qoxular çox vaxt məhz bu yerlərdən qaynaqlanır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 322

Oxşar yazılar