Kiberpolis tərəfindən saxlanılan tiktoker və blogerlər cərimələnib.
Lent.az xəbər verir ki, bu gün DİN məlumat yayaraq qanunsuz qumar və mərc oyunlarını öz səhifələrində reklam edən 17 nəfər tiktoker və blogerin kiberpolis tərəfindən müəyyən olunaraq Baş İdarəyə gətirildiyini açıqlayıb.
Onlar məhkəmənin qərarı ilə inzibati qaydada cərimə olunaraq sərbəst buraxılıblar.
Qeyd edək ki, saxlanılan tiktokerlərin arasında “Koti” də var.