Sem Rivers, “Limp Bizkit”-in gitaristi
19 oktyabr 2025 10:13 (UTC +04:00)

Sem Rivers, “Limp Bizkit”-in gitaristi

Məşhur rok qrupunun gitaraçısı qəfil öldü

0

Amerikalı rok qrupu “Limp Bizkit”-in gitaraçısı Sem Rivers 48 yaşında vəfat edib.

Lent.az-ın xəbərinə görə, bu barədə qrup öz “Instagram” səhifəsində paylaşım edib.

“Bu gün biz qardaşımızı, qrup yoldaşımızı, ürəyimizi itirdik. Sem Rivers sadəcə, bas gitarist deyildi, o, sehrin özü idi”, – paylaşımda qeyd olunub.

Qeyd edək ki, “Limp Bizkit” qrupu 1994-cü ildə ABŞ-ın Florida ştatında yaradılıb. Qrup üç dəfə “Qremmi” mükafatına namizəd olub. “Limp Bizkit”-in dünyada 40 milyon ədəddən çox albomu satılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 572

Oxşar yazılar