"Prezident bizi ikiqat sevindirdi" - Pəncəli Teymurovun anası
07 noyabr 2025 18:26 (UTC +04:00)

"Prezident bizi ikiqat sevindirdi" - Pəncəli Teymurovun anası

0

“Oğlumun qəhrəman olduğunu bilirdim və inanırdım dövlət başçısımız oğluma yüksək dəyər verəcək”.

Lent.az xəbər verir ki, bunu APA-nın cənub bürosuna şəhid Milli Qəhrəman Pəncəli Teymurovun anası Vahimə Teymurova deyib.

“Bu gün zəfərimizin 5-ci ildönümü ilə bağlı Ali Baş Komandan İlham Əliyev bizi ikiqat sevindirdi. Allah ona can sağlığı versin. Təşəkkür edirəm Prezidentimizə, birinci vitse-prezident Mehriban xanıma. Allah şəhidlərimizə rəhmət eləsin”, deyə V. Teymurova əlavə edib.

Milli Qəhrəmanı Pəncəli Teymurovun qardaşı Famil Teymurov deyib ki, bu gün ailəsinin sevincinin həddi-hüdudu yoxdur: “Cənab prezident İlham Əliyevə minnətdarlığımızı bildiririk. 8 Noyabr Zəfər Günü münasibətilə tədbirdə idim. Prezident İlham Əliyevin qardaşım Pəncəli Teymurovla bağlı sərəncam imzalaması, ona Milli Qəhrəman adı verməsi barədə məlumat aldım. Xəbəri eşidəndə sevincdən gözlərim doldu. Dövlət başçısına təşəkkürümüzü bildirirəm. Allah Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçən bütün şəhidlərimiz rəhmət eləsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 250

Oxşar yazılar