"Mən Moskvadakı evimdəyəm" - Rəqsanə İsmayılova DANIŞDI
04 aprel 2024 15:53 (UTC +04:00)

"Mən Moskvadakı evimdəyəm" - Rəqsanə İsmayılova DANIŞDI

Müğənni Rəqsanə İsmayılova sosial şəbəkə hesabında Moskvada saxlanılması barədə xəbərlərə reaksiya verib.

Lent.az-ın xəbərinə görə, o hazırda evində olduğunu açıqlayıb:

“Mən Moskvadakı evimdəyəm. Ayın 10-dan sonra Azərbaycana gələcəm. Xahiş edirəm, haqqımda boş-boş xəbərlər yaymayın, Mənim üçün narahat olanlara minnətdaram”.

Qeyd edək ki, bu gün Rusiya mətbuatında azərbaycanlı müğənni Rəqsanə İsmayılovanın Rusiya Federasiyası Cinayət Məcəlləsinin iki maddəsi - “Rüşvət vermə” və “Sənəd saxtakarlığı” ilə şübhəli şəxs qismində məsuliyyətə cəlb edilməsi barədə məlumat yayılıb.

# 8445
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar