Məşhur aktrisa tanınmaz halda  - Danışdıqları ilə şok etdi
16 avqust 2024 16:59 (UTC +04:00)

Məşhur aktrisa tanınmaz halda - Danışdıqları ilə şok etdi

“Çok güzel haraketler bunlar” televiziya layihəsi ilə tamaşaçı sevgisi və populyarlıq qazanan aktrisa Zeynep Koçak uzun sürən fasilədən sonra üzə çıxıb.

Lent.az-ın Türkiyə mediasına istinadən xəbərinə görə, estetik əməliyyatla tanınmaz olan aktrisa dəyişməsinin səbəbini açıqlayıb.

 Bir müddət öncə kökələrək imicini dəyişən və gözəlləşən Zeynep Koçak indi üz gərdirmə etdirərək, başqa birinə çevrilib.

41 yaşlı aktrisa dəyişiminin səbəbi olaraq illər boyu ünvanına deyilən təhqirləri əsas göstərib.

“Oğuzhan Koçla sevgili idik. Məni ona yaraşdırmırdılar. Çirkinsən deyirdilər. Çox arıq idim. Bir az kilo aldım, yaraşdı mənə. Sonra  üzümə toxunuşlar etdirib tamamilə dəyişməyə qərar verdim”, - o bildirib.

Qeyd edək ki, aktrisa 23 ildir bir psixoloji xəstəlikdən əziyyət çəkdiyini, reallıqla xəyalları bir-birinə qarışdırdığını söyləyib.

“Bəzən hansı mənəm inana bilmirəm. O çirkin Zeynep, yoksa bu güzgüdən baxan estetik gözəli qadınmı”.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4551
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar