Məşhur aktrisanın  həyatı təhlükədədir   - Təcili əməliyyat olunacaq
01 mart 2024 18:12 (UTC +04:00)

Məşhur aktrisanın həyatı təhlükədədir - Təcili əməliyyat olunacaq

Türkiyəli aktrisa Berna Laçın ağır xəstəliyə tutulduğu üçün təcili əməliyyat olunacaq.

Lent.az-ın xəbərinə görə, bu barədə özü məlumat yayıb.  54 yaşlı aktrisanın onurğa beynində şiş aşkarlanıb.

"Birdən ortaya çıxdı. Həyatım üçün ciddi təhlükədir. Həkimlər yeriməyimə qadağa qoyublar. Onurğa beynindəki problem səbəbi ilə təcili əməlyyat olunmalıyam", - Berna bildirib.


 

# 5250
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar