Məşhur aktyor bu yaşında əsgərliyə gedir - "Uzağa düşdüm"
09 may 2022 12:28 (UTC +04:00)

Məşhur aktyor bu yaşında əsgərliyə gedir - "Uzağa düşdüm"

Türkiyəli məşhur aktyor Tarık Emir Tekin hərbi xidmətə yollanır.

Lent.az yerli mediaya istinadla bildirir ki, o, bu barədə sevgilisi ilə birgə restorandan çıxarkən onları qarşılayan jurnalistlərə açıqlamasında bildirib. “Kanal D” televiziyasında yayımlanan məşhur “Sadakatsız” teleserialında “Səlcuq” rolunu oynayan Tekin açıqlamasında bu həftə əsgərliyə gedəcəyini və xidmət çəkəcəyi yeri  açıqlayıb:

“Bu həftə hərbi xidmətə yollanıram. Buna görə də, sevgilimlə sonuncu dəfə görüşmək üçün kafedə çay içdik”.

Jurnalistlərin harada xidmətdə  olacaqsan sualına 24 yaşlı aktyor zarafatyana belə cavab verib: “Bir az uzağa düşdüm. Fənərbaxçada qalıram, amma Maltəpəyə düşdüm”.

Tarık Emir Tekin

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3408
avatar

Oxşar yazılar