Məşhur cütlük öpüşməkdən doymadı - Tətildən GÖRÜNTÜLƏR
27 iyul 2022 15:43 (UTC +04:00)

Məşhur cütlük öpüşməkdən doymadı - Tətildən GÖRÜNTÜLƏR

Türkiyənin tanınmış aktrisası Deniz Baysal və həyat yoldaşı Barış Yurtçu istirahətə yollanıblar. 

Lent.az xəbər verir ki, onlar Türkiyənin Çeşme bölgəsində tətil ediblər.

Daha sonra Kiprdə yerləşən İskeleyə gediblər. Orada dənizə baş vuran cütlüyün öpüşməkdən doymadığı romantik anlar da kameralardan yayınmayıb.

Belə ki, bir-birini öpüşlərə qərq edən Deniz və Barış dənizin və günəşin dadını çıxarıblar. Denizin ərini ayağı ilə dənizə tərəf itələdiyi foto sosial şəbəkələrdə maraqla qarşılanıb.

Qeyd edək ki, aktrisa Deniz Baysal "Fazilet hanım ve kızları", "Teşiklat", "Söz" kimi məşhur seriallarda obrazlar yaradıb. Həyat yoldaşı Barış Yurtçu isə "Kolpa" musiqi qrupunun yaradıcılarından biridir. 

# 3180
avatar

Nigar Namiq

Oxşar yazılar