Məşhur repçi  güllələndi
13 sentyabr 2022 16:47 (UTC +04:00)

Məşhur repçi güllələndi

"PnB Rock" ləqəbi ilə tanınan amerikalı məşhur repçi Rakim Allen öldürülüb.

Lent.az xəbər verir ki, hadisə Los-Ancelesdə baş verib. 30 yaşlı Rakim sevgilisi ilə birlikdə "fast food" restoranında olarkən binaya silahlı şəxs daxil olaraq müəssisənin işçilərindən ona yemək verməsini tələb edib.

Sonra şübhəli şəxs ifaçıya və sevgilisinə hücum edərək, onun qızıl-zinət əşyalarını götürməyə çalışıb. Silahlılar repçini güllələyiblər.

Xəstəxanaya çatdırılan R. Allenin ürəyi dayanıb. 

Məlumatlara görə, silahlılar onun olduğu məkana gəlməzdən əvvəl repçinin sevgilisinin sosial şəbəkədə paylaşdığı fotodan geolokasiyanı öyrəniblər. Hüquq-mühafizə orqanları qatilin axtarışına başlandığı bildirilir. 

Qeyd edək ki, "PnB Rock" 2016-cı ildə "Selfish" adlı sinql yayımladıqdan sonra olduqca populyarlaşmışdı.


 

# 2901
avatar

Nigar Namiq

Oxşar yazılar

Məşhur müğənni  nadir rastlanan xəstəliyə   tutulub

Məşhur müğənni nadir rastlanan xəstəliyə tutulub

9 dekabr 2022 , 06:54
Məşhur müğənnidə  sağalmaz xəstəlik   AŞKARLANDI

Məşhur müğənnidə sağalmaz xəstəlik AŞKARLANDI

8 dekabr 2022 , 19:20
"Bunu  lağ mövzusuna   çevirməyək" - Damla

"Bunu lağ mövzusuna çevirməyək" - Damla

8 dekabr 2022 , 18:37
Aftandil İsrafilov

Aftandil İsrafilovun SON DURUMU: Qızı danışdı

8 dekabr 2022 , 16:55
Şəbnəmdən Gülaya  CAVAB:   "Maraqlı deyil" - FOTO

Şəbnəmdən Gülaya CAVAB: "Maraqlı deyil" - FOTO

8 dekabr 2022 , 15:42
Müğənni Dənizə qarşı yarım milyon  DƏLƏDUZLUQ

Müğənni Dənizə qarşı yarım milyon DƏLƏDUZLUQ

8 dekabr 2022 , 15:08
Nazpəri Dostəliyeva

Xalq artisti: "Heç bir şəhid anasından artıq deyiləm" - VİDEO

8 dekabr 2022 , 10:29
Pikedən boşanan Şakiranın yeni sevgilisi var? -  İDDİA

Pikedən boşanan Şakiranın yeni sevgilisi var? - İDDİA

7 dekabr 2022 , 17:15