"Müqəddəs Ramazan bayramı günü Mətanət xanımın evinə getdim və böyüyüm olaraq ondan olanlarla bağlı üzr istədim. Çünki yaşanan hadisələrə görə balalarımı get-gedə tamamilə itirə bilərdim. Bir böyük olaraq Mətanət xanım və uşaqlarımın atası Kərimin xeyir-duası olmasa, övladlarım məndən uzaqlaşırdı. Həqiqətən də bir nənə olaraq uşaqlarımın əziyyət çəkməyinə göz yuma bilmədi və bizim yenidən tam bir ailə olmasaq da, biri-birimizə dəstək olub, uşaqları böyüdüb, başa çatdırmağımıza xeyir-dua verdi".
Lent.az xəbər verir ki, bu sözləri Əməkdar artist Mətanət İsgəndərlinin keçmiş gəlini Canana sosial şəbəkədə yazıb. O, sənətçidən üzr istədiyini və artıq məhkəməyə ehtiyac qalmadığını bildirib:
"Mətanət xanıma can sağlığı arzulayıram. O, bu addımıyla körpələrimi sevindirdi, mənə dünyaları bəxş etdi. Müqəddəs Ramazan bayramı həqiqətən də səbr edənlərin duasını yerinə yetirir. Bir onu deyə bilərəm ki, çox xoşbəxtəm. Artıq məhkəməyə ehtiyacımız yoxdur. Məhkəmələrlə yalnız uduzursan. Ağıllı insanlar problemləri öz aralarında həll etsələr, nə pulları gedər, nə əsəbləri, nə də zamanları. Bir də ortalıqda söz daşıyıb, araya söz-söhbət salan insanların Allah cəzasını versin".
Qeyd edək ki, Kərim və Canana ötən ilin oktyabrında rəsmi olaraq boşanıb. Üç uşaq anadan alınaraq ataya verilmişdi.

Mətanət keçmiş gəlini ilə BARIŞDI
Oxşar yazılar

Məşhur müğənninin narkotik qəbul edən oğlu ağır vəziyyətdə xəstəxanaya düşdü
16 iyun 2025 , 19:55
Hollivud ulduzlarını gözlərindən tanıyın - Maraqlı TEST
16 iyun 2025 , 19:10
İrandan çıxa bilməyən məşhur müğənni KÖMƏK İSTƏDİ
16 iyun 2025 , 10:37
Kəmalə Günəşli toyda dalaşdı - Üzünə stəkan atdı
11 iyun 2025 , 17:59
Alim Qasımov toyda rep dedi - VİDEO
11 iyun 2025 , 13:44
Məşhur aktyor ata OLDU
11 iyun 2025 , 13:28
29 kiloya düşən Nihal Candanın son halı - VİDEO
10 iyun 2025 , 13:51