Meyxanaçı Vahid Qədim
27 fevral 2026 13:38 (UTC +04:00)

Meyxanaçı Vahid Qədim

Meyxanaçı Vahid Qədim Ukrayna müharibəsində itkin düşüb? - Ağamirzə DANIŞDI

0

Meyxanaçı Vahid Qədimin Rusiya-Ukrayna müharibəsində itkin düşməsi barədə məlumat yayılıb.

Lent.az məsələ ilə bağlı onun yaxını olan meyxanaçı Ağamirzə ilə əlaqə saxlayıb.

O bildirib ki, Vahid Qədim salamatdır:

“Vahid Qədimin Rusiyadakı dostu ilə əlaqə saxladım. Bu gecə danışıblar. Heç bir problem yoxdur”.

Ağamirzə həmçinin qeyd edib ki, Vahid Qədimin Rusiya-Ukrayna müharibəsinə qatılması haqqında yayılan xəbərlər də yalandır.

Xatırladaq ki, Rusiyada yaşayan meyxanaçının bir müddət əvvəl sevgilisini öldürməsi ilə bağlı iddialar yayılmışdı.

O, sevgilisinin intihar etdiyini və hadisə zamanı orada olmadığını bildirmişdi.

Qeyd edək ki, Vahid Qədim Azərbaycanda 2015-ci ildən axtarışdadır. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 804

Oxşar yazılar