Müğənni oldu deyə, İbrahimin Didemini təhqir etdilər
15 may 2023 11:35 (UTC +04:00)

Müğənni oldu deyə, İbrahimin Didemini təhqir etdilər

Bir zamanlar İbrahim Tatlısəsin proqramlarında rəqqasə kimi efirlərə çıxıb şöhrətlənmiş Didem Kınalı müğənni kimi fəaliyyətə başladığını elan edib.

 Lent.az-ın xəbərinə görə, Didem “müğənnilik edəcəyini dediyinə görə, dostları tərəfindən təhqir olunduğunu, bir çoxlarının ona arxa çevirdiyini” bildirib.

“Albom çıxardım. Rəqqasə kimi də fəaliyyət göstərəcəm. Amma daha hər dəvətə razılaşmayacam. Müğənnilik edəcəm deyəndə çoxları mənə düşmən oldu, arxa çevirdi. Çoxlarını həyatımdan çıxardım.öz xəyallarımı gerçəkləşdirdim”,- deyə o bildirib.

O, səhnə aldığı ilk konsert proqramına çox açıq - saçıq geyimdə qatılması və üzündə etdirdiyi estetik əməliyyatlarla diqqət çəkib.

Hərçənd Didem bu əməliyyatlar nəticəsində gözəlləşmək əvəzinə çirkinləşib.

# 2043
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar